SƏNAYE

10 Sentyabr

BP bu layihələrə 1,1 milyard dollar sərmayə qoyur

İngilis neft şirkəti BP Plc, Norveç Equinor ilə Amerika Birləşmiş Ştatlarının şərq sahillərində Empire Wind və Beacon Wind layihələrinin 50% hissəsini 1,1 milyard dollara almaq üçün müqavilə imzalayıb.

Equinor, mətbuata açıqlamasında, inkişaf, inşaat və istismar mərhələlərində layihə operatoru olaraq qalacağını bildirib.

Empire Wind, New York əyalətinin sahillərində yerləşəcək. Layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır, bunlardan birincisi 2020-ci illərin ortalarında başa çatmalıdır. Külək elektrik stansiyasının ümumi quraşdırılmış gücü 2 GW-dan çox olacaqdır.

Quraşdırılmış gücü 2,4 GW-dan çox olan Beacon Wind, Massachusetts sahillərində inşa ediləcək. Equinor, külək stansiyalarının hər birinin 1 milyondan çox evi elektrik enerjisi ilə təmin edəcəyini deyib.

BP və Equinor, ABŞ-da dəniz külək enerjisi üçün strateji ortaqlığı inkişaf etdirmək barədə də razılığa gəldilər. Equinor ilə razılaşma, BP-nin aşağı karbonlu sərmayələri 10 dəfə artıraraq ildə 5 milyard dollara çatdırmaq və bərpa olunan enerji gücünü 2019-cu ildən 2030-cu ilə qədər 2,5 GW-dan təxminən 50 GW-a çatdırmaq üçün yeni bir strategiya elan etməsindən qısa bir müddət sonra baş verib.

"Dünyadakı dəniz külək enerjisi ildə təxminən 20% böyüyür və tullantıların azaldılması üçün qlobal ehtiyacın ödənilməsində əsas element hesab olunur" deyə qeyd edib BP CEOi Bernard Looney.

BP səhmləri cümə axşamı1.1%, Equinor 0.4 % ucuzlaşıb
Müəllif:Aynur Qəniyeva