“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyul aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.
Fins.az xəbər verir ki, avqust ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 290 min 987 əhali abonentinin cəmi 7,05 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 161 574 abonent deməkdir. Yerdə qalan 2 milyon 129 min 413 abonent (ümumi əhali abonentlərinin 92,95 %-i) qazdan güzəştli limit daxilində istifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.
Müəllif:Aynur Qəniyeva