“Azərişıq” Şamaxıda yarımstansiyalar arasında SİP kabel xəttinin tikintisi üçün podratçı seçimi üzrə tenderin müddətini sentyabrın 29-dək uzadıb
“Azərişıq” ASCŞamaxı rayonunda 110/35/10 kV-luq Şamaxı yarımstansiya ilə yeni tikilmiş 35/10 kV-luq Yeni yarımstansiya arasında 35kv-luq iki dövrəli SİP kabel xəttinin tikintisi üçün podratçı seçimi üzrə tender təkliflərinin qəbul müddətini uzadıb.
“Şamaxı rayonunda 110/35/10 kV-luq Şamaxı yarımstansiya ilə yeni tikilmiş 35/10 kV-luq Yeni yarımstansiya arasında 35kv-luq iki dövrəli SİP kabel xəttinin tikintisi işlərinin satın alınması məqsədilə elan edilmiş açıq tender üzrə iddiaçıların sayı yetərincə olmadığı üçün tender sənədlərin qəbulu 18 sentyabr 2020-ci il saat 16:00 tarixinə, tender təkliflərinin qəbulu 28 sentyabr 2020-ci il saat 16-00 tarixinə, zərflərinin açılışı 29 sentyabr 2020-ci il tarixində saat 16:00-a qədər uzadılır”, - deyə məlumatda bildirilir.
Seçim iki lot üzrə aparılır. Hər bir lotda iştirak haqqı 400 manatdır.