Misir hökumətinin ölkədə benzinə olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi strategiyası çərçivəsində İsgəndəriyyə Neft Emalı və Neft-Kimya Şirkətinin yeni zavodunun açılışı olub.
Fins.az xəbər verir ki, açılış mərasimində iştirak edən Prezident Əbdülfəttah əl-Sisi 2023-cü ilədək ölkənin enerji strategiyasını açıqlayıb.
Tədbirdə çıxış edən Misirin Neft və Mineral Ehtiyatlar naziri Tarik əl Molla məlumat verib ki, ölkənin İsgəndəriyyə, Süveyş, Matruh, Kafr əl Şeyx, Beheyra, Menufeya və Damietta bölgələrində 12 neft emalı zavodunun inşa edilməsi nəzərdə tutulur. 2020-ci ilin sonunadək yüksək keyfiyyətli benzinə olan tələbatın 60 faizi yerli istehsal hesabına təmin ediləcək. Bundan başqa, Misir Şimali Afrika və Yaxın Şərq ölkələrinə yanacaq ixracını da həyata keçirəcək.
Misir Prezidenti İsgəndəriyyədə 520 min ton tutumu olan böyük taxıl anbarının da açılışında iştirak edib. Qeyd olunub ki, cari ildə Misir hökuməti anbarın tikintisinə 8,9 milyard Misir funtu məbləğində subsidiya ayırıb.