2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrindən biri də Göygöl rayonunun Toğana kəndidir.
Fins.az xəbər veir ki, bu kənddə bir neçə aydır ki, artıq işlərə start verilib.
Məlumata görə,planlaşdırılan işlərin böyük hissəsi icra edilib. 388 fərdi yaşayış evinə qaz çəkilişi aparılır ki, bunlardan da artıq 345-də sayğacların quraşdırılması başa çatdırılıb. Ümumi uzunluğu 21 200 metr olan küçə qaz xətlərinin çəkilməsi işləri tamamlanıb. Uzunluğu 9700 metr olan daxili qaz xətlərinin isə 8625 metri çəkilib. Bundan başqa 1 ədəd ŞQTM-700 markalı tənzimləyici quraşdırılıb. Bununla da Göygöl rayonunda qazlaşma səviyyəsi 94,6 %-ə yüksələcəkdir.
Bu zonanın yay və qış turizmi üçün əhəmiyyətini nəzərə alaraq “Azəriqaz” İB qazlaşma işlərinin tez bir zamanda yekunlaşdırılmasını və tezliklə qaz təchizatının təmin edilməsini planlaşdırır.
Qeyd edək ki, cari ildə dövlət sifarişi ilə regionlarda 380, Bakı şəhərində 2750, vətəndaşların öz sifarişi ilə fərdi qazlaşma xətti ilə regionlarda 14 200, Bakı şəhərində 6400 fərdi ev qazlaşdırılıb. Qarşıdan gələn mövsümdə dövlət sifarişi ilə regionlarda 8300-ə yaxın, Bakı şəhərində 5900-ə yaxın fərdi evin qazlaşdırılması nəzərdə tutulur. Bundan əlavə olaraq ölkə ərazisində vətəndaşların öz sifarişi ilə fərdi qazlaşma işləri də davam etdirilir.
Müəllif:Aynur Qəniyeva