SƏNAYE

25 Avqust

“AzerGold” Daşkəsən dəmir filizi yatağı üzrə ilkin ekoloji monitorinq keçirəcək

“AzerGold” QSC Daşkəsən dəmir filizi yatağı üzrə ilkin ekoloji monitorinqin keçirilməsi ilə bağlı şirkət seçir.

Seçim təkliflər sorğusu üsulu ilə həyata keçirilir. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 28 avqust saat 15:00-a qədər qəbul olunur.

Əlaqə telefonu: 012-505-02-0. Əlaqələndirici şəxs: Aygül Tağıyeva.

Avqustun 6-da Azərbaycan prezidenti İlham Əliyev “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “AzerGold” QSC-yə ilkin olaraq 3 milyon manat ayrılır.

Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq

“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**