SƏNAYE

24 Avqust

Sumqayıt Kimya Sənaye Parkına 245 mln. dollardan çox investisiya yatırılacaq

Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən indiyədək 2,9 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 mln. dollardan çox investisiyanın yatırılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən fins.az-a verilən məlumata görə, ümumi investisiyalarının həcmi 3,1 mlrd. dolları olan 23 sahibkarlıq subyektinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Parkın rezidentləri tərəfindən ümumilikdə 1,9 mlrd. manatdan çox satış həyata keçirilib ki, onun da 0,61 mlrd. manatdan çox hissəsi – təqribən 32%-i ixracın payına düşür.

Bu ilin sonunadək Parkda termoformasiya metodu ilə vərəqə şüşə istehsalı və qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiya layihəsinin başlaması planlaşdırılır.

Hazırda Sumqayıt Kimya Sənaye Parkında 5 500-dən artıq insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının 6 000 nəfərə çatdırılması nəzərdə tutulur.