Türkiyə bu ilin ilk yarısında Azərbaycandan 5 milyard 444 milyon 99 min kubmetr qaz alıb.
Fins.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Azərbaycandan idxal olunun qazın miqdarın ötən illə müqayisədə 23,4 faiz artıb. Azərbaycan bununla cari ildə Türkiyəyə ən çox qaz satan ölkə olub.
Eyni dövr ərzində Rusiyadan alınan qazın miqdarı 41,5 faiz azalıb. Ümumilikdə, cari ildə Türkiyə bu ölkədən 4 milyard 678 milyon 66 min kubmetr qaz idxal edib. Ötən ilin eyni dövründə isə Rusiyadan 7 milyard 993 milyon 86 min kubmetr qaz alınıb. Həmin dövrdə Rusiya Türkiyəyə qaz idxalında 1-ci olmuşdu.
İlin ilk yarısında Türkiyənin İrandan qaz idxalında isə 46 faiz azalma müşahidə edilib. İrandan alınan qazın miqdarı 2 milyard 29 milyon kubmetrə düşüb. Ümumilikdə cari ilin aprel, may və iyun aylarında İrandan Türkiyəyə qaz idxalı gerçəkləşməyib.