Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fateh Dönmez, Qaradənizdə kəşf edilən 320 milyard kub metrlik təbii qaz ehtiyatının iqtisadi dəyərinə dair məlumat verib.
Fins.az xəbər verir ki, Dönmez, "Bundan sonrakı qaz və neft qiymətlərini bilmədən gələcəyə dair təxminlər vermək çətindir. Geriyə 3-5 illik baxsaq bu miqdardakı qazın iqtisadi dəyərinin 65 milyard dollar olacağını söyləyə bilərik" deyib.
"Kəşf, 7-8 illik istehlaka qarşılıq gəlir"
Nazir, Türkiyənin illik təbii qaz istehlakının 45-50 milyard kub metr olduğuna işarə edərək, "Bu kəşf, heç bir yerdən qaz almamış olsaq ölkəmizin təxminən 7-8 illik ehtiyacını qarşılaya biləcək. Ancaq kəşflər davam edəcək, bəlkə bu rəqəm daha da artacaq" ifadəsini istifadə edib. (Marja)