SƏNAYE

22 Avqust

ABŞ-da neft qazma qurğularının sayı artıb

ABŞ neft sənayesinin və qısamüddətli xam neft hasilatının göstəricisi hesab olunan neft qurğularının sayı bu həftə 11 ədəd artıb.
Fins.az xəbər verir ki,neft sənayesi xidmətləri şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumatlara görə, 15-21 Avqust həftəsində ABŞ-dakı neft qurğularının sayı əvvəlki həftəyə nisbətən 11 ədəd artaraq-183 olub. Bu yanvar ayından etibarən ilk dəfə olaraq ölkədə neft qazma qurğularının sayı ikiqat artıb.

Mart ayından etibarən ABŞ-da yeni növ koronavirus (Kovid-19) epidemiyası yayılandan sonra, neft qazma qurğularının sayı azalıb, 18 həftəlik azalmadan sonra 18-24 İyul həftəsində ilk dəfə bu sayı əvvəlki həftə ilə müqayisədə 1 ədəd artıb.

Cümə axşamı 44.90 dollar səviyyəsində qərarlaşan Brent markalı neftin bir barrel qiyməti cümə günü 44.30 dollar səviyyəsində olub. Qərbi Texas (WTI) tipli xam neftin bir barrel qiyməti cümə günü 42.30 dollar olub. WTI markalı neft cümə axşamı günü 42.58 dollara düşüb.

Müəllif:Aynur Qəniyeva