SƏNAYE

22 Avqust

OPEC +  hasilat kvotalarını artıracaq-BUGÜNKÜ KRİTİK GÖRÜŞLƏ BAĞLI PROQNOZ

Bu gün Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və OPEC +-un  əsas üzvlərinin onlayn konfransı keçiriləcək.
Fins.az xəbər verir ki,bu müddət ərzində neft bazarının yaxın gələcəyi müəyyənləşdiriləcək. 
Qeyd edəki, aprelin 12-də OPEC + ölkələri neft hasilatını günfə 9,7 milyon barel azaltmağa razılıq veriblər. Əvvəlcə bu məhdudiyyətlərin may ayının əvvəlindən iyunun sonuna qədər qüvvədə olacağı güman edilirdi, lakin bir ay əvvəl razılaşma tərəfləri müddəti iyulun sonuna qədər uzatdılar.

Mövcud iclasın ərəfəsində OPEC, 2020-ci ildə neft bazarının vəziyyəti ilə bağlı proqnozunu yaxşılaşdırdı. "İkinci rübdə OECD bölgəsi üçün məlumatlar əvvəlcədən gözləniləndən daha yaxşı idi, bu da tələbin kəskin azalmasını bir qədər yumşaltmağa kömək etdi" deyə təşkilat aylıq hesabatında bildirir. Bunun sayəsində dünyada 2020-ci ildə neftə olan tələbatın proqnozu 100 min barel yəni gündə - 90,7 milyon bar / günə qədər  artırılıb. Və 2021-ci ildə maye karbohidrogen istehlakı rekord 7 milyon barel artacaq"-deyə təşkilat proqnozlaşdırır.

Müəllif:Aynur Qəniyeva