SƏNAYE

21 Avqust

Dünyanın ən böyük enerji şirkəti iflasa uğradı

Qazma sahəsində dünyanın ən böyük enerji şirkəti kimi tanınan “Valaris” iflas edib.

Məlumata görə,ümumilikdə 16 qazma gəmisi və 74 açıq dəniz quyusu olan “Valaris” ödənilməmiş istiqrazlardan sonra iflas məhkəməsinə müraciət edib.

Neftin ucuzlaşması, koronavirus səbəbiylə enerjiyə tələbatın azalması ilə çətin dövrünü yaşayan şirkət 7 milyard dollarlıq borc yükünü daşıya bilməyib.Şirkətin baş direktoru Tomas Burke enerji sektorundakı kəskin daralma ilə ayaqlaşmaq və daha güclü bir şirkət üçün bu addımı atmaq məcburiyyətində qaldıqlarını deyib.

Qeyd edək ki, London mərkəzli “Valaris” 2019-cu ildə “Ensco” və “Rowan” şirkətlərinin birləşməsindən ortaya çıxmışdı.

(c)teleqraf