SƏNAYE

21 Avqust

"Sumqayıt Kimya Sənaye Parkı"nda yeni məhsulun istehsalına başlanılıb

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin rezidenti olan “Azertexnolayn” MMC-də yeni növ məhsulun - avtodayanacaqlarda istifadə olunan çuqun töküm yağış barmaqlıqların istehsalına başlanılıb.

Nazirlikdən verilən məlumata görə, məhsul Rusiyanın sifarişi ilə hazırlanır.

Xatırladaq ki, “Azertexnolayn”da qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. İstehsal olnan məhsullar ölkə daxilində istifadə olunmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur.