SƏNAYE

20 Avqust

“Naftalan nefti”nin dövlət standartı təsdiq edilib

Dövlət standartının layihəsi Naftalan Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar
Nazirliyi, Səhiyyə Nazirliyi, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi və digər aidiyyəti
qurumlar ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 13 avqust
2020-ci il tarixli Əmri ilə təsdiq edilib
Fins.az xəbər verir ki,Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma
İnstitutu tərəfindən hazırlanmış və “Naftalan nefti və ondan alınan məhsullar”ın
standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə edilib.
 
Qeyd edək ki,Qəbul olunmuş standartın tətbiqi Naftalan kurortunun qabiliyyətliliyinin artırılmasına, yerli və xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin
yaxşılaşdırılmasına və tibbi turizmin inkişafına təkan verəcək.
 
Müəllif:Aynur Qəniyeva