SƏNAYE

20 Avqust

SOCAR rəsmisi: Avqust ayında Azərbaycandan AI-92 markalı benzinin ixracı planlaşdırılmır

Fins.az İnterfaks Azərbaycana istinadən  xəbər verir ki,SOCAR 2020-ci ilin may-iyul aylarında 64 min ton AI-92 motor benzini dünya bazarlarına çıxarıb.
“2019-cu ildə AI-92 markalı benzinin Azərbaycandan ixracı həyata keçirilməyib, istehsal olunan bütün məhsullar daxili bazara yönəldilib. Ancaq bu il Azərbaycanda motor benzininin daxili istehlakı azalsa da, onun ixracı üçün şərait yaranıb. Beləliklə, May, İyun və İyul aylarında ümumilikdə 64 min ton AI-92 markalı benzin ixrac etdik ”, - deyə açıqlamasında ARDNŞ-nin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yanacağa daxili tələbatın azalması əsasən aprel, may və iyun aylarında baş verib və koronavirus pandemiyası səbəbindən karantin tədbirlərinin tətbiqi ilə əlaqədardır.

“Göstərilən aylarda yanacağa tələbatın azalmasına baxmayaraq, ARDNŞ bu müddət ərzində yerli istehlak edilməyən neft məhsulları ixracına göndərdi. İndi tələb tədricən əvvəlki səviyyəyə qayıdır, buna görə avqust ayında benzin ixracı planlaşdırılmır ”, - deyə Əhmədov vurğulayıb.

Statistikaya görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda motor benzininin istehsalı 715,9 min ton (artım 0,3%) təşkil edib.

Müəllif:Aynur Qəniyeva