SƏNAYE

20 Avqust

Azərbaycanda itgiyə gedən təbii qazın həcmi AÇIQLANIB

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının 3,2% yəni 518,656 kubmetri itkiyə gedib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə,2020-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16208,0 milyon kub metr təşkil edib. 

Qeyd olunur ki,ölkədə əmtəəlik təbii qazın 39,6 faizi istehlak, 41,1 faizi ixrac olunmuş, 3,2 faizi itkiyə getmiş, 16,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Müəllif:Aynur Qəniyeva