Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16208,0 milyon kub metr təşkil edib
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata görə,ehtiyatların 85,0 faizi hasilatın, 15,0 faizi qalığın hesabına formalaşmışıb. Təbii qazın 39,6 faizi istehlak, 41,1 faizi ixrac olunmuş, 3,2 faizi itkiyə getmiş, 16,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.
Müəllif:Aynur Qəniyeva