SƏNAYE

20 Avqust

SPE Xəzər Texniki Konfransı ilk dəfə onlayn formatda keçiriləcək

Yeddi il ardıcıl olaraq keçirilən SPE Xəzər Texniki Konfransı bu il ilk dəfə onlayn şəkildə təşkil olunacaq.

Tədbir təşkilatçıların verdiyi məlumata görə, tədbir 21-22 oktyabr tarixlərində baş tutacaq.

Yeni format real vaxt rejimində suallar və cavablar, təkbətək söhbətlər və qrup otaqları da daxil olmaqla bir sıra interaktiv texniki əməkdaşlıq imkanlarını təmin edəcək.

Tədbir zamanı virtual mühit yaradılacaq ki, burada neft-qaz sənayesinin yüksək səviyyəli liderləri və mütəxəssisləri mövcud vəziyyəti təhlil edəcək və ən yeni texnologiyalar, inkişaflar və müvafiq sənaye məlumatlarını müzakirə edəcəklər.

Builki konfransda mütəxəssislər, neft-qaz şirkətlərinin təşkilati, mədəni və struktur dəyişikliyində real bir dəyişiklik edə biləcəyini, tədarük zəncirlərini sadələşdirərək lokallaşdırmağı müzakirə edəcəklər.

Tədbirin mövzusu "Qlobal miqyasda Rəqabət: Düzgün mühit yaratmaq" aktual mövzulara toxunacaq və iştirakçılara əvvəllər olduğu kimi yüksək keyfiyyətli texniki proqram təqdim edəcək.

(c)APA