SƏNAYE

19 Avqust

Səudiyyə Ərəbistanının enerji naziri Nigeriya Prezidenti ilə neft bazarının sabitləşdirilməsini müzakirə edib

Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəhbəri şahzadə Əbdüləziz bin Salmanın, Nigeriya Prezidenti Məhəmmədu Buxari ilə telefon danışığı olub.

Söhbət əsnasında dünya neft bazarlarında tarazlığın sabitləşməsi və bərpası üçün görülən işləri müzakirə edilib. Bütün iştirakçıların OPEC + sazişinə və razılaşdırılmış kompensasiya mexanizminə əməl etməsinin vacibliyini də vurğuladılar. Bundan əlavə, iki ölkə arasındakı ikitərəfli münasibətlər və gələcək inkişaf imkanları müzakirə edildi.

Nigeriya, neft hasilatının azaldılması ilə bağlı öhdəliklərini tam yerinə yetirməyən OPEC + sazişinin tərəflərindən biridir