SƏNAYE

19 Avqust

Birol: Epidemiyanın ikinci dalğası baş verərsə, neftin qiymətində ciddi enişlərin olduğunu görə bilərik

2020-ci ilin aprelini neft bazarı üçün "Qara Aprel" adlandıran Beynəlxalq Enerji Agentliyi Başçısı Dr. Fatih Birol əvvəlcə  bazarlarda tədarük həcmi barədə məlumat verib. Neft və təbii qazda böyük bir profisit olduğunu ifadə edən Birol, istehsalçı ölkələrin bazarların ehtiyacından daha çox neft, təbii qaz və kömürə sahib olduğunu bildirib.

"Neftdəki profisit qiymətlərin qalxmasına mane olur" deyə qeyd edib Birol.Əgər OPEC + ölkələri hasilatı azaltmasaydı, bu gün yaşadığımız profisit çox olardı və neft qiymətləri indikindən aşağı olardı. Son 7 həftədə neft qiymətlərinin 40-45 dollar arasındakı kiçik bir bant içində hərəkət etdiyini vurğulayan Birol, həddindən artıq çox tədarükün qiymətlərin gələcəyi üçün vacib olduğunu bildirib.

Körfəz ölkələri, Rusiya və Nigeriya kimi neft istehsal edən ölkələrin ciddi problemlərlə üzləşdiklərini deyən Birol, bu ölkələrin iqtisadiyyatlarının demək olar ki, 90 faizinin neft qiymətlərindən asılı olduğunu və gələcəkdə baş verə biləcək müəyyən siyasi və sosial dəyişikliklərin bu ölkələrin gələcəyinə təsir edəcəyini deyib. Birolun fikrincə, Kovid-19 pandemiyasının ikinci dalğanın riski, ölkə iqtisadiyyatındakı canlanma gücü və ABŞ-dakı prezident seçkiləri önümüzdəki aylarda görünəcək üç fərqli qeyri-müəyyənlik arasındadır. Buna görə də, bu inkişaflar neftə və neftdən asılı ölkələrin iqtisadiyyatına böyük təsir göstərəcəkdir.

"İkinci dalğa olarsa, qiymətlərdə ciddi enişləri görə bilərik"

Qarşıdakı dövrdə neft qiymətləri ilə bağlı proqnozlarını bölüşən Birol, böyük bir sürpriz olmasa, neft qiymətlərinin ciddi şəkildə artacağını gözləmədiyini, hətta Kovid-19 epidemiyasının ikinci dalğası gəlsə, neftə tələbatın azalacağını və qiymətlərdə ciddi enişlərin ola biləcəyini bildirdi.

 Çin Xalq Respublikasının neft tələbatına toxunan Birol, son aylarda Çinin neftin aşağı qiymətlərindən ən yaxşı şəkildə yararlandığını və Çinin həmin vaxt ehtiyatlarını doldurduğunu deyib. Ayrıca, Çindəki hazırkı neft istehlakının Kovid-19-dan əvvəlki dövrə yaxınlaşdığını qeyd edən Birol, neft qiymətlərində artan bir hərəkət olarsa, Çinin bu vəziyyətdən faydalanacağını bildirib.

ABŞ seçkiləri neft bazarlarına təsir göstərəcəkmi?

İlin sonuna qədər keçiriləcək prezident seçkilərinin neftin qiymətinə təsirləri ilə bağlı fikirlərini bölüşən Birol, Respublikaçıların seçkidə qalib gələcəyi təqdirdə, neft bazarlarında çox dəyişiklik gözləmədiklərini, ancaq Demokratlar seçiləcəyi təqdirdə İranla razılaşmanın geri qaytarıla biləcəyini bildirib. Bu səbəbdən Birol, İrana qarşı sanksiyaların qaldırılacağı təqdirdə, bazarın qısa müddətdə gündə 2 milyon barelə yaxın neft tədarük edə biləcəyini və bu vəziyyətin neft qiymətlərinə aşağı təzyiq yaratacağını bildirib.

"Türkiyə hələ də mövcud günəş potensialının yüzdə 3-ü istifadə edir"

Enerji məkanı kimi Türkiyənin potensialı və maraq dairəsinə dair suallara cavab verən Birol, Türkiyənin bərpa olunan enerji baxımından cənnət olduğunu və xüsusilə küləyin və günəş enerjisi baxımından ölkənin böyük potensiala sahib olduğunu bildirib. Ancaq Birolun fikrincəTürkiyənin hələ də mövcud günəş potensialının 3 faizindən istifadə etdiyini qeyd edərək,bildirib ki,  Türkiyə, hətta günəş enerjisindən elektrik enerjisi istehsal edə biləcək bir səviyyəyə ixrac edilə biləcəyi təqdirdə gələ bilər. Birol, ABŞ-ın şist neft yataqlarının  60%-ə qədər azalma olduğunu ifadə edərək, Türkiyənin uzunmüddətli günəş və külək investisiya bölgəsi olduğunu açıqlayıb

Müəllif:Aynur Qəniyeva