2020-ci ilin 7 ayı ərzində xaricə qaz satışı 7,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayımlayıb
Məlumata görə,cari ilin yanvar-iyul aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24 faiz çox, yəni 6,3 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,4 milyard kubmetr olub.
Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,4 milyard kubmetr qaz nəql olunub.
Müəllif:Aynur Qəniyeva