2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 1 milyard 151.9 milyon manatlıq benzin və dizel yanacağı alıb.
"2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində motor benzini və dizel yanacağının satışından əldə olunan gəlir 5,4% və ya 1 milyard 151,9 milyon manat təşkil edib", - Dövlət Statistika Komitəsindən bildirilib.
Verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə benzin və dizel yanacağının satışından əldə olunan gəlir 0,3% azalıb.