SƏNAYE

15 Avqust

Azərbaycanda tikinti materiallarının istehsalı 4,8% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 426,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8% azalıb. 

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hesabat dövründə tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 19,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 6,5% artıb, sementin istehsalı 2,7%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6%, tikinti əhənginin istehsalı 37,6%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 38,6%, asfaltın istehsalı 44,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 56,7% azalıb.