Bu ilin yanvar-iyul aylarında Azərbaycan 42 589,06 min ABŞ dolları dəyərində 938 407,07 min kVt-saat elektrik enerjisi ixrac edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,7%, həcmi isə 29% azalıb.
Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında elektrik enerjisinin ölkə ixracında çəkisi 4,11% təşkil edib.
(c)APA