Azərbaycan bu ilin yanvar-iyul ayları ərzində 6 398 120.36 min dollar dəyərində 19 558 158.55 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 3913.27 ton və ya 0,02% artıb, dəyər ifadəsində isə əksinə 33% azalıb.
Həmçinin bu müddətdə Azərbaycandan 1 488 419.96 min dollar dəyərində 7 713 270.62 min kub metr təbii qaz ixrac edilib. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 15% çox, dəyər ifadəsində isə 18% çoxdur.
(c)APA