Rosneft-in beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) görə 2020-ci ilin yanvar-iyun aylarında səhmdarlara aid xalis itkisi bir il əvvəl 325 milyard rubl olan mənfəət qarşı 113 milyard rubl təşkil edib.
Fins.az xəbər verir ki,Rosneft-in gəliri 2020-ci ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 33,4% azalaraq 2,8 trilyon rubla düşüb. Bu dünya neft qiymətlərinin (-39.5%) azalması və neft satışının azalması (-10.5%) nəticəsində baş verib.
Rosneft-in ilin birinci yarısında kapital xərcləri 15,8% azalaraq 367 milyard rubla çatıb. Şirkət ilin birinci yarısında maliyyə borcu və ticarət öhdəliklərini 4,3 milyard dollar və ya 5,3% azaldıb.
İqor Seçin, bu yaz neft qiymətlərinin düşməsi və hasilata misli görünməmiş məhdudiyyətlərin qoyulmadını ikinci rübdə Rosneft-in maliyyə göstəricilərinə təsir etdiyini lakin xarici mühitdə yaxşılaşmanın göstəricilərə müsbət təsirini gözlədiyini deyib.
"Neft və neft məhsullarının qiymətləri bərpa edildikcə şirkətin maliyyə hesabatları 2020-ci ilin ikinci rübü ərzində yüksəliş tendensiyasını göstərib.Bu bizə gələcəyə inamla baxmağa və gələcək dövrlərdə maliyyə göstəricilərinin yaxşılaşacağını gözləməyə əsas verir" deyə qeyd o qeyd edib.
Müəllif:Aynur Qəniyeva