SƏNAYE

29 İyul

BOTAŞ  Avropa İnvestisiya Bankından TANAP layihəsi üçün 270 milyon dollar kredit götürür

Avropa İnvestisiya Bankı (EİB) Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsini maliyyələşdirmək üçün BOTAS Türk qaz korporasiyasına 270 milyon dollarlıq  krediti təsdiqləyib.

Qəzetin yazdığına görə, BOTAŞ 18 il müddətinə kredit vəsaiti cəlb edir, bunun 5 ili güzəşt dövrüdür.

BOTAS cəlb olunmuş vəsaitdən layihədəki payını maliyyələşdirmək üçün istifadə edəcək.

Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Donmez, Anadolu agentliyinə  verdiyi müsahibədə, "təbii qazın ardıcıl tranzit təklif edərək regional və qlobal enerji təhlükəsizliyinə töhfə verməyi hədəfləyən" -deyə TANAP boru kəməri layihəsi barədə məlumat verib.

“TANAP Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində mühüm rol oynayır. Türkiyə enerji mərkəzinə çevrilmək üçün dayanmadan irəliləyir və buna görə bu məqsədə çatmaq üçün strategiya planlaşdırır "-deyə qeyd edib

O bildirib ki, 30 iyun 2018-ci il tarixindən etibarən TANAP ilə 6,2 milyard kubmetr qaz nəql olunub.

"30 iyun 2018-ci il tarixindən etibarən TANAP vasitəsilə qaz tədarükünün gündəlik həcmi 4,7 milyon kubmetr təşkil etdi və onlar tədricən 1 iyul 2019-cu il tarixindən 11.3 milyon kubmetrə qədər artdı və 1 iyul 2020-ci ildə tədarüklər gündəlik maksimum 17 milyon kubmetr səviyyəsinə çatdı." , Donmez deyib.

Müəllif:Aynur Qəniyeva