SƏNAYE

29 İyul

Fitch Ratings qaz bazarı ilə bağlı: Qiymətlərin 2021-ci ildə tarixi standartlara görə aşağı olacağını gözləyirik

Qaz bazarına gəldikdə, yaxın bir neçə ayda mütəxəssislər ABŞ-dan LNG tədarükünün azalması, Rusiyadan boru kəməri idxalının azalması və 2020-ci ilin dördüncü rübündə mövsümi istehlakın artması səbəbindən Avropa qaz bazarında yenidən tarazlaşma gözləyirlər.

Fins.az "TASS"-a istinadən xəbər verir ki, bazar inkişafının təməl proqnozunu təqdim edən Fitch Ratings tərəfindən edilən araşdırmada "Artan ehtiyatların qiymət artımını məhdudlaşdıraraq sonda bazara qayıdacağı ehtimalı var. Tam bərpa yalnız tələbatın, xüsusən Asiyada, tələbin əhəmiyyətli dərəcədə artması ilə əldə edilə bilər. Qiymətlərin 2021-ci ildə tarixi standartlara görə aşağı olacağını gözləyirik." -deyə qeyd edilib.

Müəllif:Aynur Qəniyeva