SƏNAYE

28 İyul

Dövlət təltifləri energetiklərə təqdim olunub

Energetika Nazirliyinin dövlət təltiflərinə layiq görülən əməkdaşlarına mükafatlar təqdim olunub.
Nazirlikdən fins.az-a verilən məlumata görə,Energetika naziri Pərviz Şahbazov təltif olunmuş əməkdaşların dövlət qulluğunda səmərəli fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək işlərində uğurlar arzulayıb.
Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2020-ci il 23 iyun tarixli Sərəncamı ilə Energetika Nazirliyinin əməkdaşları Ələsgər Həsənov və İlhamə Rüstəmova “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.