SƏNAYE

15 İyul

SOCAR qazma işlərini azaltdığını açıqlayıb-SƏBƏB

Cari ilin ikinci rübündə SOCAR-ın qazma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb və 15 min metrdən çox olub.

Fins.az xəbər verir ki, SOCAR-ın hesabatında bildirilir ki, bu azalma COVID-19 pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və “OPEC+” razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır. Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və müvafiq olaraq aparılan qazma əməliyyatların həcmi də azaldılıb.

Müəllif:Aynur Qəniyeva