SƏNAYE

15 İyul

SOCAR-ın birbaşa istismar etdiyi yataqlardan çıxarılan neft və qazın həcmini  AÇIQLAYIB

2020-ci ilin ikinci rübündə SOCAR-ın birbaşa istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub.

Fins.az xənbər verir ki, bu barədə  SOCAR-ın yayımladığı 2020-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı hesabatda bildilir. 
Məlumata görə 2020-ci ilin ikinci rübündə SOCAR-ın birbaşa istismar etdiyi yataqlarda 1,8 milyon ton1 neft, 1,8 milyard kubmetr2 qaz hasil olunmuşdur. Ölkə üzrə isə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq, 9,4 milyard kubmetr3, neft hasilatı 8,6 milyon ton4 təşkil etmişdir. SOCAR-ın qazma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmış, 15 min metrdən artıq olub.

Bu azalma Covid-19 pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır. Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və, müvafiq olaraq aparılan qazma əməliyyatların həcmi də azaldılıb

Müəllif:Aynur Qəniyeva