"SOCAR Ukrayna Ticarət Evi" şirkəti (SOCAR-ın törəmə şirkəti ) Odessa Liman Zavodu ASC (OPZ) üçün tolling materiallarının yeni tədarükçüsü ola bilər
Ukrayna karbamid və ammiak istehsalçısı, hazırkı təchizatçı Agro Gas Trading (AGT) daxil olmaqla, təbii qaz doldurma xidmətləri və hazır məhsul göndərmə şirkətini seçmək üçün tender çərçivəsində beş təklif aldığını bildirib.Təkliflə müraciət edən şirkətlərə aşağıdakılar daxildir: IBE Trade Corp. (ABŞ), Maddox SA (İsveçrə), OKKO KONTRAKT özəl müəssisə (Ukrayna) və "SOCAR Ukrayna Ticarət Evi
OPZ-nin hüquq şöbəsindən bildirilib ki, tenderin nəticəsində qalib şirkətlə yeni müqavilə bağlanması 2020-ci il avqustun ortalarına qədər keçirilməsi planlaşdırılır.
Bununla əlaqədar olaraq, iyulun 1-dən şirkət tolling xammalının hazırkı tədarükçüsü ilə əməkdaşlığı davam etdirir.
Müəllif:Aynur Qəniyeva