Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib.
OPEC-in illik statistik bülletenində qeyd olunub ki, 2019-cu ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 7 mlrd. barel təşkil edib ki, bu da 2018-ci ilin göstəricisinə bərabərdir.
Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş neft ehtiyatları 1 550,7 mlrd. barel təşkil edib (Azərbaycanın payı – 0,45%)
(c)APA