Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirilməsini artırıb.
OPEC-in illik statistik bülletenində qeyd olunub ki, 2019-cu ildə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,720 trln. kubmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 19,7% çoxdur.
Qeyd edək ki, OPEC-in qiymətləndirilmələrinə görə, 2018-ci ilin axırına Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,440 trln. kubmetr təşkil edirdi.
Hesabata əsasən, ötən il dünyada təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 1,6% artaraq 206,210 trln. kubmetr təşkil edib.
(c)APA