Səudiyyə Ərəbistanı avqust ayında neft hasilatını artırmağı təklif edib.
Fins.az "RBC"-ya istinadən xəbər verir ki,gələn həftə baş tutacaq toplantıda OPEC və OPEC + üzvləri kvotanın 7,7 milyon barelə qədər azaldılmasının mümkünlüyünü nəzərdən keçirəcəklər.
"Wall Street Journal" da verilən məlumata görə neft ixrac edən ölkələrin təşkilatları (OPEC) və OPEC + iyulun 15-də, video konfransda enerji bazarındakı vəziyyəti və neft sazişinin gələcəyini müzakirə edəcəklər.
Alyansdakı mənbələr qəzetə bildirdilər ki, Səudiyyə Ərəbistanı və OPEK + üzvlərinin əksəriyyəti, o cümlədən Rusiya avqustda tədricən neft hasilatını artırmaq fikrini dəstəkləyir. Təklif neft məhsullarına tələbatın pandemiya səbəbindən məhdudiyyətlər qəbul edilməmişdən əvvəlki səviyyəyə qədər tədricən bərpa olunması fonunda yaranıb.
Ər-Riyad OPEC + ölkələrinə kvotaları 2 milyon barel azaltmağı təklif edib. Hasilat gündə 9,7 milyon deyil, 7,7 milyon barel azalacaq.
Səudiyyə Ərəbistanının mövqeyindən məlumatlı bir mənbəyə görə, neftin qiymətini qorumaq üçün hasilatın daha da artması OPEC üçün "intihar" olardı.
Bloomberg yazır ki, iyulun 15-də keçiriləcək iclasda iştirakçılar bir aylıq mövcud kvotanı qoruyub saxlamaq və ya qəbul edilmiş məhdudiyyətləri 7,7 milyon barelə endirmək məsələsini müzakirə edəcəklər. Tələbin bərpası sürətləndikcə, onlar sonuncu seçimə meyl edirlər, adının açıqlanmasını istəməyən mənbələr bir sıra nümayəndə heyətinin üzvləri bu barədə agentliyə məlumat veriblər
Agentliyin iki həmsöhbətinin sözlərinə görə, Rusiyanın böyük neft şirkətləri Energetika Nazirliyindən başqa bir göstəriş alınmasa, avqust ayında hasilatı artırmağa hazırdırlar.
Müəllif:Aynur Qəniyeva