2019-cu ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 831 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə şirkətlərin dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 1 milyard 16,4 mln. manat təşkil edib. Beləliklə, 2019-cu ildə neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 18,2% azalıb.
“Eyni zamanda, 2019-cu ildə neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar üzrə plan 93,8% icra olunub”, - hökumətdən qeyd ediblər.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb.
(c)İnterfaks-Azərbaycan