Dünyada neftə tələbatın azalması 2020-ci ilin ikinci yarısında zəifləyəcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.
“2020-ci ilin ikinci yarısından azalma tendensiyasının zəifləməsi gözlənilir. Əfsuslar olsun ki, mövcud qeyri-müəyyənlik şəraitində tələbatın tam bərpasını əminliklə iddia etmək mümkün deyil. Bəzi qiymətləndirmələrə görə, bazarın stabilləşməsi üçün ən azı iki il lazım olacaq”, - Şahbazov cümə axşamı "Valday" Beynəlxalq Diskussiya Klubunun təşkil etdiyi"Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.
Eyni zamanda, nazir vurğulayıb ki, dünya iqtisadiyyatının azalması və fəallığın məhdudiyyətinin davam etməsi neftin tələbatına ciddi təzyiq göstərməyə davm edir. 2020-ci ilin birinci rübündə neftə sutkalıq tələbat 6,4 milyon barrel azalıb, ikinci rübdə bu göstərici 17 milyon barreldən artıq təşkil edib.