Bu ilin birinci yarısında Rusiyanın "Qazprom" şirkəti 221 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 14,6% və ya 37,7 mlrd. kubmetr azdır.
Bu barədə "Interfax" xəbər verir.
Məlumata əsasən, cari ilin iyun ayında şirkət 30 mlrd. kubmetrə yaxın qaz hasil edib ki, bu da 2019-cu ilin iyun göstəricisindən 18% azdır.
(c)APA