SƏNAYE

02 İyul

ABŞ-ın xam neft ehtiyatları kəskin şəkildə azalıb

ABŞ-ın xam neft ehtiyatları keçən həftə kəskin şəkildə, əvvəlki həftəyə nisbətən 7,2 milyon barel azalıb.

Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ Enerji Məlumat İdarəsi , ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə 7,2 milyon barel (1,3 faiz) 533.5 milyon barelə qədər aşağı düşdüyünüi açıqlayıb.

Bazar proqnozu, ehtiyatların 710 min barel azalacağını düşünürdü. Ölkənin xam neft ehtiyatları bir həftə əvvəl 1,4 milyon barel artmışdı.

Ticari xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 1,7 milyon barel (0,3 faiz) artaraq 655,4 milyon barelə çatıb

Sözügedən dövrdə ABŞ-ın qaz ehtiyatları da 1,2 milyon barel (0,5 faiz) artaraq 256.5 milyon barelə çatıb. Bazar proqnozları, benzin ehtiyatlarının 1,6 milyon barel azalacağını planlaşdırırdı. Benzin ehtiyatları daha əvvəlki həftəyə nisbətən  1,7 milyon azalıb.

ABŞ-ın xam neft idxalı əvvəlki həftəyə nisbətdə gündə orta hesabla 571 min barrel azalaraq gündə 5.97 barel, neft ixracatı isə gündə orta hesabla 65 min barel azalaraq 3.09 milyon barelə düşüb. 

Müəllif:Aynur Qəniyeva