SƏNAYE

02 İyul

Kristin Lagarde: "Qlobal iqtisadiyyatda müsbətə doğru dəyişiklik  çətin ola bilər"

"Qlobal iqtisadiyyatda müsbətə doğru dəyişiklik  çətin ola bilər"

 Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, bunu  Avropa Mərkəzi Bankı (ECB) prezidenti Kristin Lagarde deyib .

Məlumata görə, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Lagarde, qlobal iqtisadiyyatdakı müsbətə doğru dəyişikliyin çətin ola biləcəyini  deyib.

Birləşmiş Millətlər Təşkilatının iclası üçün hazırlanan video müraciətdə AMB prezidenti Lagarde, "İqtisadiyyat çox geridə qalıb. Ancaq ən çətini hələ gəlməyib. ” deyib

Lagarde, epidemiyanın zərbələrinin qlobal iqtisadiyyatda həlledici olacağını və yüksəliş və enişlə birlikdə bərpa olunmasının qeyri-müəyyən və qeyri-bərabər olacağına işarə edib.

Qlobal iqtisadiyyatdakı dəyişikliyin işsizliyin və bərabərsizliyin artmasına səbəb olacağını bildirən Lagarde, həssas insanların çətin vəziyyətə düşə biləcəyini deyib.

"Yaşıl və davamlı inkişafı başqa bir şeydən üstün tutmasaq və həmrəyliyi əsas prinsip olaraq qəbul etməsək, qəribə və xoşagəlməz bir xəbərdarlığa məruz qala bilərik" deyə  Avropa Mərkəzi Bankının prezidenti Lagarde bildirib

Müəllif: Aynur Qəniyeva