Rusiya və Belarus vahid qaz bazarının formalaşdırılması və qazın qiyməti ilə bağlı mübahisələrin aradan qaldırılması mövzusunda qarşılıqlı anlaşma nümayiş etdirir.
Bu barədə çərşənbə günü Belarusiyanın Moskvadakı səfiri Vladimir Semaşko onlayn mətbuat konfransında bildirib.
"Nəzərinizə çatdırım ki, dünən Rusiya və Belarusun energetika nazirləri Aleksandr Novak və Viktor Karankeviç görüşəndə, səfirliyin əməkdaşları və Qazpromun rəhbəri Aleksey Miller iştirak edib.Miller görüş zamanı "Dünənki məlumatları nəzərdən keçirərək başa düşdüm ki, tək qaz bazarına keçməli və irəliləməliyik" -deyə qeyd edib
Onun sözlərinə görə, Belarusiya hazırda Rusiya qazının qiymətlərindən və "Qazprom" ilə fikir ayrılıqlarından məmnun deyil. "Ancaq biz anlaşmanın olduğunu görürük və belə bir vəzifə qoyulduğuna inanırıq: 2022-ci il yanvarın 1-nə qədər 2017-ci ildə qoyulmuş problemi həll etməliyik" -deyə Miller vurğulayıb