SƏNAYE

01 İyul

ABŞ-ın neft ehtiyatları azalıb

Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.

Fins.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 8,16 milyon barrel azalıb. Bazar proqnozları isə ehtiyatların çoxalacağı istiqamətində idi. Əvvəkli həftə ehtiyatlar 1,75 milyon barrel artmışdı.