SƏNAYE

30 İyun

\"Azərişıq\" təmassız texnologiyalara keçir

"Azərişıq" ASC elektrik enerjinin ödənişində təmassız texnologiyaların tətbiqini nəzərdə tutur.

Fins.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında ASC-nin informasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

Onun sözlərinə görə, müəssisə yeni texnologiyaların tətbiqində maraqlıdır və yaxın vaxtlarda təmassız ödənişlərlə bağlı sistem istifadəyə veriləcək.

"Ödənişi aparmaq üçün kartı sayğaca yaxınlaşdırmaq kifayət edəcək. Yəni artıq yeni nəsil sayğaclarda kartı kart yuvasına daxil etməyə ehtiyac qalmayacaq. Belə olan təqdirdə əyər sayğacın funksionalı dəyişirsə, bu təqdirdə birmənalı olaraq kartlar da dəyişdirilməlidir",- deyə Q. Həmidov qeyd edib.