SƏNAYE

30 İyun

“Azərişıq” “Smart card reader”ləri təqdim edib

“Azərişıq” ASC elektrik sayğacların smart kartların balansını Azərişıq mobil tətbiqi vasitəsilə artırılması xidməti istifadəyə verilib. Bunu Fins.az-a ASC-nin informasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

Onun sözlərinə görə, abonentlər bu əməliyyatı smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucuları vasitəsilə apara biləcəklər.  

"Yaxın günlərdə abonentlər  kart oxuyucuları "ASAN Xidmət" mərkəzlərindən əldə edə biləcəklər. Cihazların qiyməti 20 manat civarında olacaq",- deyə Q. Həmidov qeyd edib.

Yeni xidmət yalnız istismarda “PoudRaad” şirkətinin sayğaclarının smart kartlarına şamil olunur.