SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) "SOCAR Energy Georgia" MMC-də iştirak payını 91,8%-dək artırıb.
SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına əsasən, bu əməliyyat 2020-ci ilin əvvəlində həyata keçirilib.
"2020-ci il yanvarın 21-də SOCAR «SOCAR Energy Georgia» şirkətindəki səhmlərin 16,3%-ni 65 mln. manata ($38 mln.) əldə edib. Bu sövdələşmələr nəticəsində Dövlət Neft Şirkətinin «SOCAR Energy Georgia» şirkətində səhm nəzarət paketi 75,5%-dən 91,8%-dək artıb", - hesabatda qeyd olunur.
Eyni zamanda, SOCAR sövdələşmənin hansı şirkətlə həyata keçirildiyi barədə məlumat vermir.
«SOCAR Energy Georgia» MMC 2006-cı ildə yaradılıb. 2019-cu ilin sonuna olan məlumata görə, SOCAR-dan başqa, şirkətin səhmdarları "Intersun Holdinq FZCO” və “Eventus” şirkətləridir.
Gürcüstanda «SOCAR Energy Georgia» “Kulevi” neft teminalı, YDM şəbəkəsi və bir sıra qaz təsərrüfatlarının sahibidir
(c)İnterfaks-Azərbaycan