SƏNAYE

30 İyun

SOCAR-ın Azərbaycanda əməliyyatlardan gəlirləri 6 milyard 145 milyon manat olub

2019-cu ildə SOCAR-ın Azərbaycanda əməliyyatlardan gəlirləri 6 milyard 145 milyon manat (azalma 7,3%), BƏƏ-də - 1 milyard 722 milyon manat (azalma 26,8%), Gürcüstanda – 1 milyard 172 milyon manat (artım 4,3%), digər ölkələrdə - 1 milyard 601 milyon manat (azalma 1,2%) təşkil edib.

Xəbər verildiyi kimi, 2019-cu ildə SOCAR-ın gəlirləri 83 milyard 752 milyon manat təşkil edib.

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

SOCAR İsveçrədə SOCAR brendi altnda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmaqla neft məhsullarının pərakəndə ticarəti sahəsində fəaliyyət göstərir. SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın 16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a $330 mln.-a başa gəlib.

Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı Sürixdə yerləşir

(c)İnterfaks Azərbaycan