SƏNAYE

30 İyun

SOCAR-ın Türkiyədə əməliyyatlardan əldə etdiyi gəlirlər açıqlanıb-MƏBLƏĞ 

2019-cu ildə SOCAR şirkətinin Türkiyədə əməliyyatlardan gəlirləri 9 milyard 377 milyon manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur.

SOCAR-ın 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatına əsasən, ötən il ərzində şirkətin bürün gəlirlərinin 11,2%-i Türkiyənin payına düşüb.

Ötən il SOCAR-ın gəlirlərinin daha iri həcmi İsveçrədə fəaliyyətinin payına düşüb – 63 milyard 735 milyon manat və ya şirkətin ümumi gəlirlərinin 76,1%-i (azalma 30,1%).