SƏNAYE

30 İyun

SOCAR bu ilin əvvəlindən xarici banklardan təxminən $700 mln. məbləğində kredit cəlb edib

SOCAR 2020-ci ilin əvvəlindən xarici banklardan 1 milyard 171 mln. manat (cari məzənnə ilə $688,8 mln - İF) uzunmüddətli və qısamüddətli kredit cəlb edib.

“SOCAR 2020-ci ilin əvvəlindən yerli və beynəlxalq banklardan 964 mln. manat ($567 mln.), 46 mln. manat (24 milyon avro), 153 milyon manat (537 TRY), 8 milyon manat (308 rus rublu) məbləğində uzunmüddətli və qısamüddətli kredit cəlb edib", - şirkətin 2019-cu il üçün konsolidasiya edilmi. maliyyə hesabatında qeyd edilir. 

Lakin neft şirkəti kredit vəsaitlərini ayıran maliyyə təşkilatlarının adını və bu vəsaitlərin hansı məqsədlər üçün cəlb olunduğunu açıqlamayıb.

Bundan başqa, hesabata əsasən, SOCAR bu ilin əvvəlindən yerli və beynəlxalq banklara kreditlər üzrə $522 mln. (887 mln. manat), 16 mln. GEL (9 mln. manat), 545 TRY (156 milyon manat), 144 rus rublu (4 milyon manat) və 26 milyon manat məbləğində ödəniş həyata keçirib

(c)İnterfaks Azərbaycan