SƏNAYE

30 İyun

Belarus üçün Azərbaycan nefti ilə tanker Odessaya çatıb

Dünən axşam Mozırsk NEZ üçün Azərbaycan nefti ilə növbəti tanker Odessanın “Yujnıy” limanına çatıb. Bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko jurnalistlərə məlumat verib

 O bildirib ki, 85 ton Azərbaycan nefti ilə tanker dünən axşam “Yujnıy” limanına çatıb. Bu gün səhər boşaldılır. İyulun 10-15-də neftin artıq Mozırsk NEZ-də olacağını planlaşdırırıq

Tişenkonun sözlərinə görə, “digər tanker nəqlləri ilə bağlı iş davam etdirilir”.

SOCAR şirkəti Mozırsk NEZ üçün növbəti neft partiyasını Gürcüstanın Supsa limanından göndərib.

Xəbər verildiyi kimi, “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 335 min tona yaxın 4 partiya neft nəql edib. Ümumi həcmi 250 min ton 3 partiya neft mart ayında, 85 min ton bir partiya isə apreldə nəql olunub. Neft Odessa-Brodı boru kəməri, daha sonra isə Broda-Mozır marşrutu ilə Mozır neft emalı zavoduna yola salınıb.

“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.

Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib

(c)İnterfaks Azərbaycan