SƏNAYE

30 İyun

SOCAR-ın gəlirinin  63,7 mlrd manatı İsveçrədəki bu şirkətlərin payına düşüb

SOCAR-ın xarici bazarlarda apardığı əməliyyatlar nəticəsində əldə etdiyi gəlirin  63,7 milyard manatı İsveçrədəki SOCAR Trading şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb

Fins.az bu barədə məlumat  SOCAR-ın açıqladığı  2019-cu il üzrə maliyyə göstəricilərində əks olunub 

Bildirilir ki, şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb.Xarici bazarlarda aparılan ticarət əməliyyatlarının 63,7 milyard manatı İsveçrədəki SOCAR Trading və SOCAR Energy Holding şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşmüşüb

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın xalis mənfəəti - 651 milyon manat təşkil edib 

Müəllif:Aynur Qəniyeva